Azərbaycan klubları üçün yeni xəyal: Lissabon və Turin
21.03.2012 - 16:01
2013/14 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının və Avropa Liqasının həlledici qarşılaşması ilə bağlı qərar verib.
Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının qalibi Portuqaliyanın paytaxtı Lissabondakı “Eştadiu de Benfika” stadionunda müəyyənləşəcək. İkinci dərəcəli turnirin finalı isə İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında 1, Avropa Liqasında 3 klub ilə təmsil olunsa da final matçı komandalarımız üçün yalnız xəyal olaraq qalır.

0
0