O dünyadan gələn futbolçu danışdı
22.03.2012 - 10:35
”Bolton”un futbolçusu Fabris Muambanın həyatı təhlükəsi aradan qalxıb. Apasport.az saytının məlumatına görə, “Tottenhem”lə İngiltərə kuboku uğrunda oyunun ilk hissəsində huşunu itirərək, yerə yıxılan və dərhal xəstəxanaya aparılan 23 yaşlı ingilis yarımmüdafiəçinin vəziyyəti yaxşılaşmaq üzrədir. İntensiv müalicə olunan futbolçu hətta danışmağa başlayıb. Belə ki, Muamba ingilis və fransız dilində bir neçə söz deyib.
“Tottenhem”in hücumçusu Emmanuel Adebayor da Fabrisinin artıq danışa bildiyini, yaxşı göründüyünü və insanları tanıdığını deyib: “Biz onun vəziyyətinin yaxşı olmağı üçün dua etməkdə davam edirik. Görək o, özünü bir neçə gündən sonra necə hiss edəcək. Muamba güclü oğlandır. Son günlərdə belə çətinlikləri dəf edəndən sonra yavaş-yavaş özünə gəlir və normal danışmağa çalışır. Ən əsası, onun hərəkəti yetərincə normaldır”.
Fabrisinin komandasının həkimi Conatan Tobin isə futbolçunun özünü itirməyindən sonra vəziyyəti ilə bağlı maraqlı açıqlama verib: “Muambanın yerə yıxılmağını ilk olaraq fizioterapevtimiz gördü. O, çox həyəcanlı idi və bizə qışqırdı ki, tez Fabrisə yaxınlaşaq. Açıq-aşkar görünürdü ki, futbolçuda nəsə ciddi şey baş verir. Onun ürəyi 78 dəqiqə işləmədi. Muamba həmin vaxt klinik ölüm vəziyyətində idi”.

0
0