7 il öncəki seriya, yaxud “Xəzər Lənkəran” antirekordunu təkrarlamağa doğru
22.03.2012 - 12:38
“Xəzər Lənkəran” tarixində antirekordunu təkrarlamağa doğru gedir. Apasport.az saytının məlumatına görə, cənub klubu ölkə kubokunu da nəzərə alsaq, artıq dalbadal 3 oyundur uduzur. Bu, “altılıq”da “Qarabağ”a səfərdə, “Bakı”ya evdə 0:1, kubokun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “İnter”ə Bakıda 2:3 hesablı məğlubiyyətdir.
Lənkəran təmsilçisi artıq 1 dəfə belə, daha doğrusu, bundan da pis aqibətlə üzləşib. Bu, komandanın tarixində ən uğursuz mövsüm olan 2005/06-da baş verib ki, onda komanda çempionatı 7-ci yerdə bitirmişdi. “Xəzər Lənkəran” həmin çempionatın əvvəlində ardıcıl 5 tur uduzmuşdu. Maraqlıdır ki, həmin vaxt da cənubluların evdə “Bakı”ya 0:1 hesabı ilə məğlubiyyəti qeydə alınmışdı. Fərq ondadır ki, onda matç Lənkəranda yox, Cəlilabadda keçirilmişdi. Həmin vaxt stadionunda təmir işləri ilə əlaqədar rəqiblərini orada qəbul edən “Xəzər Lənkəran” “Bakı”dan sonra səfərdə “Karvan”a da 0:1, “İnter”ə 0:2, evdə “Şahdağ-Samur”a, paytaxtda “Qarabağ”a 1:2 hesabı ilə yenilmişdi.
Həmin dövrü indiki ilə müqayisə etsək, paralellər aparmaq olar. Məsələ ondadır ki, 7 il öncə də komanda uğursuzluğa düşəndə baş məşqçi istefası reallaşdı. Türkiyəli Rasim Karanın gedişindən sonra onu komandanın tarixində ilk baş məşqçisi olan Nazim Süleymanov əvəzlədi. “Xəzər Lənkəran” onun rəhbərliyi altında 2 dəfə uduzandan sonra evdə “Gəyəzən”ə 2:0 hesabı ilə qalib gəlməklə, məğlubiyyət seriyasına son qoydu.
Ancaq Süleymanov postunda çox qalmadı və hələ ilk dövrənin sonuna 3 tur qalmış yenidən baş məşqçi istefası reallaşdı. Lənkəranlıları dövrələrarası fasiləyə baş məşqçi əvəzi kimi türkiyəli köməkçi məşqçi Şenol Fidan çıxardı və qış fasiləsində ukraynalı Viktor Pasulkonun təyinatı gerçəkləşdi. O, çempionatı məğlubiyyətsiz başa vurdu və yalnız “Karvan”la ölkə kubokunun cavab yarımfinal oyununda səfərdə 0:3 hesabı ilə uduzdu. Maraqlıdır ki, “Xəzər Lənkəran” bu və çempionatda da Yevlaxdakı məğlubiyyətini hazırkı baş məşqçisi Yunis Hüseynovdan aldı.
Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti turdakı oyununu martın 24-də səfərdə son çempion, hazırkı lider “Neftçi” ilə keçirəcək.

0
0