“Azərbaycan yığmasındakı itkiləri şərh etməyi lazım bilmirəm”
22.03.2012 - 13:34
“Azərbaycan yığmasındakı itkiləri şərh etməyi lazım bilmirəm”
“Rusiya çempionatında pley-off mərhələsi yaxınlaşmaqla mübarizə gərginləşir, hər matç əsl döyüşə çevrilir. Ona görə də Moskvadakı təlim-məşq toplanışında ilk işimiz hər oyunçunun vəziyyətini qiymətləndirmək, detallı tibbi müayinə keçirmək olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın futzal yığmasının baş məşqçisi Sergey Skoroviç deyib. Dünya çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə oyuna heyəti açıqlayan rusiyalı çalışdırıcı hazırlıq planının tərtib olunduğu və buna uyğun hərəkət edəcəklərini bildirib: “Əsas diqqəti nəzəri məşğələlərə yönəldəcəyik. Rəqibin oyununa baxacağıq, oyunumuzda bütün texniki-taktiki elementləri bir daha təkrarlayacağıq”.

Skoroviç yığmamızda itkiləri şərh etməkdən imtina edib: “Mən belə hadisələri şərh etməyi lazım bilmirəm. İki milli komanda - Rusiya və Azərbaycan, dünya çempionatına isə bir vəsiqə var. Vəzifə aşkar aydındır, rəqib güclüdür. İlk növbədə buna konsentrasiya olunmalıyıq”.

Qeyd edək ki, millimizin əsas qapıçısı Andrey Tveryankin cəza üzündən ruslarla Bakıdakı, liderlərimizdən olan Rizvan Fərzəliyev hər 2 oyunu buraxacaq.