Rövnəq Abdullayev UEFA-nın Konqresində iştirak edir
22.03.2012 - 13:43
Rövnəq Abdullayev UEFA-nın Konqresində iştirak edir
Bu gün Türkiyənin İstanbul şəhərində UEFA-nın 36-cı Konqresi başlayıb. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi tədbirdə iştirak edir. Belə ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədov bu məqsədlə qardaş ölkəyə yollanıb.

Qeyd edək ki, UEFA-nın İcraiyyə Komitəsinin martın 20-də İstanbulda keçirilən iclasında 17 yaşadək futbolçulardan ibarət yığma komandaların 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı qərar çıxarılıb.