Novruzda çin olan arzu
22.03.2012 - 16:15
Adətən deyirlər ki, Novruz bayramında təbiət oyanır, canlanma olur. İş elə gətirdi ki, bu Novruz axşamında Türkiyədən aldığımız xoş xəbərlə futbolumuzda bir canlanma yarandı. Axı zarafat deyil, UEFA-nın İcraiyyə Komitəsinin martın 20-də İstanbulda keçirdiyi iclasında 17 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-17) arasında 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı tarixi qərar çıxarıldı. Bununla da ölkəmiz daha bir mötəbər turnirə ev sahibliyi edəcəyi reallaşdı. Axı məlum olduğu kimi, FİFA 17 yaşadək qızlar arasında yığma komandalar arasında 2012-ci il dünya çempionatının final mərhələsinə təşkilatçılığı da Azərbaycana həvalə edib. Bu yarış sentyabrın 22-dən oktyabrın 13-dək Bakıda və Lənkəranda keçiriləcək. AFFA-nın beynəlxalq miqyasda ilk ciddi sınaqdan üzüağ çıxmağı, final mərhələsini yüksək səviyyədə keçirməyi növbəti, daha məsul yarışların qapısını onun üzünə açacaq.
Göründüyü kimi, yenə beynəlxalq futbol qurumu U-17-lər arasında turnirin həlledici mərhələsini keçirməyi bizlərə etibar edir. Fərq ondadır ki, bu dəfə qızlar yox, oğlanların yarışına ev sahibliyi edəcəyik. Əlbəttə, zərif cinslə müqayisədə kişilərin futboluna maraq daha böyükdür və UEFA-nın İstanbuldakı qərarı Azərbaycana həvalə olunan turnirin çəkisini artırır. Təbii ki, biz daha böyük yaş qrupunda çempionatları keçirməyi arzulasaq da, reallığı nəzərə almaq lazımdır. Reallıq isə odur ki, futbolumuz, çempionatımız, yığmamız, klublarımız Avropada sayılıb-seçilən səviyyədə deyil. Bu haqda uzun-uzadı danışmağa da dəyməz. Kəsəsi, futbolumuz Avropada ortabablar sırasında da deyilsə, final mərhələsini keçirməyin bizə həvalə edilməyini böyük nailiyyət saymalıyıq. Biz hələ 17, daha sonra 19 və 21 yaşlılar arasında çempionatlarını yüksək səviyyədə keçirməliyik ki, sonda əsas yığmaların turnirin Azərbaycana etibar olunmağına ümid edək.
Düzdür, əsas yığmalar arasında 2020-ci il Avropa çempionatının Azərbaycanda keçirilməyi artıq gündəmdə olan mövzulardır və Gürcüstan prezidenti Mixail Saakaşvili yaxında ölkəmizdə rəsmi səfəri zamanı Milli Məclisdə çıxışı zamanl ölkəmizlə birgə həmin yarışı keçirmək fikrində olduqlarını rəsmən açıqladı. Bu isə hələ ki təklifdir və AVRO-2020-nin harada keçiriləcəyinə 2 il sonra qərar veriləcək.
Hələlik isə real olan AVRO-2016-ya ev sahiblik edəcəyimizdir ki, burada AFFA-nın rəhbərliyinin gördüyü işləri qeyd etmək lazımdır. Belə ki, məhz Rövnəq Abdullayevin 2008-ci ilin martın 14-də AFFA prezidenti seçilməsindən sonra futbolumuzun inkişafı yolunda görülən işlər öz müsbət nəticəsini verir. Yəni AFFA-nın inkişaf istiqamətində 3 prioritetindən biri olan infrastrukturla bağlı gördüyü işlər FİFA-nın və UEFA-nın da diqqətindən kənarda qalmır. Təsadüfi deyil ki, bu qurumların prezidenti olan Yozef Blatterlə Mişel Platini ölkəmizə hər səfərləri zamanı bunları xüsusi qeyd edir. AFFA-nın son vaxtlar stadionların inşası ilə bağlı gördüyü işlər, yeni arenaların istifadəyə verilməyi mötəbər turnirləri keçirmək iddiasını ortaya qoyur. İnfrastruktursuz, bazasız, stadionsuz, meydançasız isə futbolun inkişafından danışmağa dəyməz. Beynəlxalq səviyyədə futbolumuzda hələ qazana bilmədiyimiz imici təşkilatçılıq, quruculuqla qazanmaqla, FİFA və UEFA-nın etimadını qazanırıq.
Avropa və dünya çempionatlarının ölkəmizdə keçirilməyi isə şəxsən məndə xüsusilə bir məqama görə xoşdur. Axı final mərhələsini təşkilatçısı olan ölkənin yığması seçmə mərhələdə iştirak etmədən birbaşa ora vəsiqə qazanır. Bu isə o deməkdir ki, qızlarımız kimi oğlanlardan ibarət U-17-miz də final mərhələsinin iştirakçısı olacaq. Sözsüz ki, bu, futbolumuz üçün tarixi hadisədir və elə bu yaş qrupunda seçmə mərhələ oyunlarını təşkil etmiş Azərbaycan daha yüksək etimad qazanır. Sözsüz ki, seçmə mərhələdə uğurla çıxış edərək, final mərhələsinə vəsiqə daha böyük nailiyyətdir. Ancaq yenə də reallığa söykənməliyik və istənilən halda, final mərhələsinin iştirakçısı olacağımızı uğur kimi qəbul etməliyik. Əsas yığmamız üçün hələ ki xəyal kimi görünən, AVRO-2016-da vəsiqə uğrunda mübarizə aparmaq iddiasında olan final mərhələsinin həyəcanını yaşayacaq yeniyetmə futbolçularımızı xoşbəxt insanlar saymaq olar. Bunun milli komandamızın üzvlərinə nəsib olmaq arzusu ilə...
Mehman SÜLEYMANOV

0
0