Tilsimin biri qırıldı, digəri isə davam edir
23.03.2012 - 09:46
Tilsimin biri qırıldı, digəri isə davam edir
Azərbaycan Premyer Liqasının XXV turu “Xəzər Lənkəran” və “Neftçi” arasında növbəti duellə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, bu, komandalar arasında sayca 24-cü “Böyük oyun” olacaq. Final mərhələsinin I dövrəsinə təsadüf edəcək bu dəfəki qarşılaşma ilklə əlamətdardır.

Belə ki, indiyədək baş tutan bütün çempionatlar və bütün mərhələlərdə I dövrədə komandalar Lənkəranda, həlledici sonuncu dövrələrdə isə Bakıda qarşılaşırdı. Buna 8 dəfə I dövrədə, 2 dəfə isə final mərhələsinin I dövrəsində təsadüf olunmuşdu. 10 dəfə əvvəl Lənkəran, sonra Bakıda qarşılaşan rəqiblər nəhayət ki, bu tilsimi qırdılar.

İndi isə “Xəzər Lənkəran” üçün növbə digər tilsimin qırılmasına çatıb. Belə ki, komanda çoxdandır Bakıdakı çempionat oyunlarında qələbə qazanmır. Buna sonuncu dəfə 1413 gün əvvəl təsadüf olunub. 2007-ci il noyabrın 10-da səfərdə minimal hesablı qələbə qazandıqdan sonra rəqib meydanında 6 Premyer Liqa matçına çıxan cənublular 4 heç-heçə ilə kifayətlənib və 2 dəfə uduzub. Lakin bu müddətdə kubokda səfər qələbəsi qeydə alınıb.

Ümumilikdə isə indiyədək “Neftçi” ilə 23 dəfə üz-üzə gələn “Xəzər Lənkəran” 21 çempionat və 2 kubok qarşılaşmasında prinsipial derbi əhəmiyyətli matça çıxıb. 24-cü oyun ərəfəsində ümumi balansda cüzi üstünlük bakılıların tərəfindədir. Daha çox heç-heçənin qeydə alındığı duellərdə “Neftçi” 7, “Xəzər Lənkəran” 6 qələbə qazanıbsa 10 matç “sülh”lə bitib. Bakılıların 24 qoluna Lənkəran təmsilçisi 20 dəfə cavab verib.

“Xəzər Lənkəran” – “Neftçi”: Bütün oyunlar

Azərbaycan çempionatı

2004/05 mövsümü


08.12.2004. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Oktay Dərəlioğlu – Emin Quliyev

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə (2) – İlqar Qurbanov

“Qızıl oyun”

10.06.2005 “Neftçi” – “Xəzər Lənkəran” – 2:1

Ruslan Abbasov, Zaur Tağızadə - Alim Qurbanov

2005/06 mövsümü

18.12.2005. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1

Nadir Nəbiyev

30.05.2006. “Neftçi” – “Xəzər Lənkəran” – 2:2
Branimir Subaşiç, Svetoslav Stefanov – Mahmud Qurbanov, Xaqani Məmmədov

2006/07 mövsümü

11.08.2006. “Xəzər Lənkəran” – “Neftçi” – 2:1

Zaur Ramazanov (2) – Svetoslav Stefanov

16.02.2007. “Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Vadim Borets

2007/08 mövsümü

10.11.2007. “Xəzər Lənkəran” – “Neftçi” – 0:1

Georgi Adamiya

11.05.2008. “Neftçi” – “Xəzər Lənkəran” – 0:1
Rəşad Abdullayev

2008/09 mövsümü

19.10.2008. “Xəzər Lənkəran” – “Neftçi” – 2:0

İvan Svetkov, Rəşad Abdullayev

12.04.2009. “Neftçi” – “Xəzər Lənkəran” – 2:1
Zaur Tağızadə, Əli Cansun – Əhməd Dursun

2009/10 mövsümü

İlkin mərhələ
08.11.2009. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

17.02.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Final mərhələsi
27.03.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

01.05.2010. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

2010/11 mövsümü

İlkin mərhələ
25.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0

Dieqo Ruiz

13.02.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 0:0

Azərbaycan kuboku, 1/4 final

03.03.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 3:4

Flavio Aleks Valensio (2), Slavko Georgiyevski - Uinston Parks, Manuel Skarlatake, Julius Vobay, Andrei Mureşan

08.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Uinston Parks - Flavio Aleks Valensio

Azərbaycan çempionatı
Final mərhələsi

18.03.2011. “Xəzər Lənkəran” – “Neftçi” – 1:1

Julius Vobay - Rodriqo Sezar Kastro

18.05.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev - Julius Vobay

2011/12 mövsümü

İlkin mərhələ
10.09.2010. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0

Ruslan Abışov - öz qapısına

06.11.2011. “Neftçi” – “Xəzər Lənkəran” – 5:0
Flavio Aleks Valensio, 19; 33; Bahodir Nasimov, 68; 80; Fərid Quliyev, 90+1.

Mənbə: lankaranfc.com