Braziliya yığması Azərbaycana gəlir
23.03.2012 - 10:12
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə xarakteri daşıyan Cənubi Amerika birinciliyində final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin 4 ən yaxşısının iştirak etdiyi həlledici oyunlar məhsuldarlığı ilə diqqət çəkib.
Dairəvi sistemlə keçirilən final mərhələsinin ilk oyun günündə qalib gələn Braziliya və Uruqvay milliləri Azərbaycan-2012-yə 1 addım da yaxınlaşıb. Braziliya yığması Argentinanı 5:1 hesabı ilə darmadağın edərək buna nail olub. Uruqvaylılar isə Kolumbiyanı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Cənubi Amerikadan dünya çempionatına 3 vəsiqənin sahibi bu tirnirdə müəyyənləşəcək. Həlledici mərhələdə oynayan 4 komandadan yalnız 1-i ölkəmizə gəlməyəcək.

0
0