Yığmamızın sabiq hücumçusu cəzalandı
23.03.2012 - 10:39
Yığmamızın sabiq hücumçusu cəzalandı
Azərbaycan milli komandasının sabiq futbolçusu Daniel Axtyamov cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, milliləşən futbolçumuz Moldova çempionatının ötən turunda sarı vərəqə alıb. Çıxış etdiyi “Tiraspol” klubunun heyətində “Svyatoy Georgi” ilə matçın iştirakçısı olub. Start heyətində meydana çıxıb əvəzlənmədən matçın iştirakçısı olan hücumçumuz 84-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Tiraspol” ev oyununda 1 xalla kifayətlənib – 1:1.