“Bakı”nın yarımmüdafiəçisi “İnter”ə keçdi
23.03.2012 - 14:33
“Bakı” klubunun ötən ilin son günlərində heyətdən kənarlaşdırdığı Ernad Skuliçin komandasız günləri uzun sürməyib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi artıq özünə yeni komanda tapıb. Cari mövsüm yalnız əvəzedici komandada çıxış edən Skuliç bundan sonra vətənində çıxış edəcək. O, Zapreşiç “İnter”i ilə anlaşıb. Ernad 2008-ci ilin əvvəlində məhz bu klubdan “Bakı”ya transfer olunmuşdu və 4 ildən sonra yenidən “İnter”ə qayıdıb.
Qeyd edək ki, peşəkar karyerasını 2001-ci ildə başlayan futbolçunun karyerasında “İnter” (2001-07) və “Bakı”dan (2008-11) başqa klub olmayıb.
Qeyd edək ki, peşəkar karyerasını 2001-ci ildə başlayan futbolçunun karyerasında “İnter” (2001-07) və “Bakı”dan (2008-11) başqa klub olmayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0