UEFA klublara pul paylayacaq, bizimkilər baxacaq
23.03.2012 - 16:45
UEFA klublara pul paylayacaq, bizimkilər baxacaq
Avro-2012-də futbolçusu çıxış edən klublar buna görə UEFA-dan kompensasiya alacaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu final mərhələsində çıxış edən 16 komandanın 368 futbolçusu üçün onların klublarına ümumilikdə 100 milyon avro ödəyəcək. Avropa Klublar Assosiasiyası ilə UEFA arasında bağlanan yeni müqaviləyə əsasən bu məbləğ belə yüksək həddə çatıb. 4 il əvvəl keçirilən qitə birinciliyinin final mərhələsində UEFA cəmi 43,5 milyon avro kompensasiya ödəmişdi. Bu rəqəmin Avro-2012-də 55 milyona çatacağı proqnozlaşdırılsa da məbləğ gözləniləndən təxminən ikiqat artıq olub.

Qeyd edək ki, Azərbaycan klublarının heyətində Avropa çempionatının final mərhələsində oynamağa namizəd yoxdur. Ümumiyyətlə komandalarımız heç vaxt bu turnirdə təmsil olunmayıblar. Bu isə o deməkdir ki, bu dəfəki 100 milyon avroluq kompensasiyadan bizim klublara heç nə çatmayacaq.