Messinin şərəfinə...
24.03.2012 - 05:32
Argentinanın populyar “Ole” qəzeti adını dəyişib. Apasport.az saytının məlumatına görə, buna səbəb “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi olub.
Messi martın 20-də İspaniya çempionatında “Qranada” ilə keçirilən görüşdə 3 dəfə fərqlənib və 314 rəsmi oyunda vurduğu qolların sayının 234-ə çatdırıb. O, bununla da 1939-1955-ci illərdə top qovmuş Sesar Rodrigesin rekordunu qırıb.
Məhz Lionelin bu qollarından sonra martın 21-də “Ole” qəzeti adını qismən dəyişərək nəşr olunub. Qəzetin adındakı “O” hərfi “G” ilə əvəzlənib, o cümlədən kiçik “u” hərfi əlavə edilib. Başqa sözlə, “Ole” qəzeti “Gule” loqotipi ilə dərc olunub. “Gules” sözü isə Barselona komandasının futbolçuları və azarkeşlərinə verilən ümumi addır.

0
0