“Böyük oyun”da qalib müəyyənləşmədi, “Qarabağ” ikinci pilləyə yüksəldi
24.03.2012 - 16:54
“Böyük oyun”da qalib müəyyənləşmədi, “Qarabağ” ikinci pilləyə yüksəldi
Bu gün Premyer Liqada XXV tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Turun ən maraqlı görüşü əzəli rəqiblər “Neftçi” və “Xəzər Lənkəran” arasında olub. Çempionatın vahid lideri olan “ağ-qaralar”ın təsnifat mərhələsində cənub təmsilçisini 5:0 hesabı ilə darmadağın etməsi oyuna olan marağı daha da artırırdı. Çünki bakılılar bu görüşdə qələbə qazanacağı təqdirdə barışmaz rəqibi ilə xal fərqini 11-ə çatdıracaqdılar. Lakin “Xəzər Lənkəran” buna imkan verməyib. Onlar hesabda geri düşsələr də, bərabərlik qolunu vurraraq, “Böyük oyun”dan 1 xalla ayrılıblar.

Digər paytaxt təmsilçisi “Bakı” öz meydanında “Qarabağ”ı qəbul edib. Ötən turda səfərdə “Xəzər Lənkəran”a qalib gələn “zolaqlılar” bu dəfə də 3 xal qazanmağa çalışsalar da, bunu reallaşdıra bilməyiblər. Nəticədə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gələrək, 1 pillə irəliləyib.

Buna səbəb isə son turlar uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ”nın doğma meydanda “İnter”I büdrətməsi olub. Ötən tur səfərdə “Qarabağ”la 1:1 bərabərə qalan Fatih Kavlakın komandası bu dəfə 2:1 hesablı qələbəyə sevinib. Məğlubiyyət acısı yaşayan Bakı təmsilçisinin xalı Qurban Qurbanovun yetirmələri ilə eyni olsa da, şəxsi görüşə görə üçüncü pilləyə enib (0:1, 0:0).

24 mart

"Qəbələ" - "İnter" - 2:1
QOLLAR: Yannik Kamanan, 61; Deon Burton, 83 - Nizami Hacıyev, 76
QIRMIZI VƏRƏQƏ: Xəyal Mustafayev, 89
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ. Şəhər stadionu.

“Qəbələ”: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 10. Deon Burton, 15. Nodar Məmmədov, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak

“İnter”: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 9. Krastovçev Enyo, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka (k), 14. Peter Zlatinov, 18. İlia Kandelaki, 22. Peter Chrappan, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 6. Samir Zərgərov, 16. Elnur Abdulov, 20. Girts Karlsons, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Sxadadze


"Neftçi" - "Xəzər Lənkəran" - 1:1
QOLLAR: Ruslan Abışov, 26 - Rahid Əmirquliyev, 55
Flavinyo 36-cı dəqiqədə penaltini vura bilməyib.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 11. Cavid Hüseynov, 16. Alessandro Viana da Silva, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.

“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Katalin Doman, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Branimir Subaşiç,
10. Elnur Abdullayev, 18. Alim Qurbanov, 22. Antonio Semedo, 30. Rendal Brenes, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov

AZAL - "Kəpəz" - 2:0
QOLLAR: Nuqzar Kvirtiya, 59; Georgi Bogihu, 72
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. AZAL Arena.

AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 15. Georgi Bogihu, 16. Branislav Arsenijeviç, 17. Viktor İqbekoyi, 19. Hüseyn Axundov, 23. Tales Şütz, 25. Tural Nərimanov.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 4. Elvin Cəbrayıllı, 6. Mindaugas Daunoraviçius, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu, 18. Elmin Çobanov, 22. Elgün Abbaslı.
Baş məşqçi: Rafiq Mirzəyev

“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 18. Nikolay Svejentsev, 8. Armand Feutchine, 14. Dmitri Parxaçov, 2. Nail Məmmədov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 11. Sabir Allahquliyev, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov

"Bakı" - "Qarabağ" - 1:2
QOLLAR: Rəhman Hacıyev, 72 - Maksim Medvedev, 8; Vaqif Cavadov, 48
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Sergio Kontreras Pardo.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 30. Maris Verpakovskis, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.

“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 70. Vaqif Cavadov.
Baş məşqçi: Qurban Qurbanov


25 mart

14:00. "Sumqayıt" - "Simurq"
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

14:00. "Turan" - "Rəvan"
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu.

 Klublar O Q H M T-F X
1 Neftçi 25 17 2 6 49-23 53
2Qarabağ 25 14 6 5 31-16 48
3 İnter 25 14 6 5 24-14 48
4 Xəzər Lənkəran 25 13 6 6 34-22 45
5 Qəbələ 25 12 6 7 34-26 42
6 Bakı 25 11 5 9 29-25 38
7 AZAL 25 9 5 11 37-40 32
8Rəvan 24 8 7 9 26-29 31
9 Kəpəz 25 7 5 13 31-42 26
10 Simurq 24 5 6 13 20-36 20
11 Turan 24 4 3 17 17-34 15
12 Sumqayıt 24 4 3 17 17-42 15


Bombardir: Bahodir Nasimov (Neftçi) - 14