Kriştianu Ronaldo İrina Şeykə xəyanət etdi
24.03.2012 - 14:03
Kriştianu Ronaldo İrina Şeykə xəyanət etdi
İspaniyanın “Real Madrid” klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu rusiyalı sevgilisi İrina Şeykə xəyanət edib. Lent.az-ın məlumatına görə, Ronaldunun “Barselona”nın kapitanı Karles Puyoldan yenicə ayrılan Malena Koşta ilə sevişdiyi üzə çıxıb. Onların əlaqələri “Real Madrid”in Rusiya MOİK-ini 4:1 hesabı ilə yendiyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra başlayıb.

Qarşılaşmanın ardından Ronaldu komanda yoldaşları Serxio Ramos, Qonsalo İquain və Alvaro Arbeloa ilə birgə MOMA adlı gecə klubuna əylənməyə gedib. Orada portuqaliyalı ulduz Malena Koşta ilə rəqs etməyə başlayıb. Səhər 6:30-dək səhnədən enməyən və öpüşən Ronaldu və Koşta daha sonra evə yollanıb.

Qeyd edək ki, 22 yaşlı Malena Costa İspaniyanın tanınmış manekenlərindən sayılır.