Millimiz oynamadan 6 pillə irəliləyəcək
24.03.2012 - 15:40
Millimiz oynamadan 6 pillə irəliləyəcək
Futbol üzrə Azərbaycan milli komandası aprelin 11-də açıqlanacaq yeni reytinq siyahısında 6 pillə irəliləyəcək. Lent.az-ın məlumatına görə, bu barədə “football-rankings.info” saytı xəbər yayıb. Saytın dərc etdiyi sıralamada yığmamız 305 xalla 110-cu pillədə göstərilib.

Qeyd edək ki, Azərbaycan millisi martın 7-də açıqlanmış FİFA reytinqində 285 xalla 116-cı pillədə qərarlaşıb. Yığmamız növbəti reytinq cədvəlinin dərc olunacağı aprelin 11-dək heç bir oyuna çıxmayacaq.