Qurban Qurbanov: Bu dəfə taktikanı dəyişmişdim
24.03.2012 - 17:42
“Bakı” ilə əvvəlki qarşılaşmalara nisbətən bu matçın daha çətin keçəcəyini bilirdik. Ona görə də taktikanı dəyişmişdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc mütəxəssis Premyer Liqanın XXV turunda “Bakı”ya səfərdə 2:1 hesabı ilə qalib gələn yetirmələrindən razı qalmayıb: “3 xal qazansaq da, oyunumuzdan razı qalmadım. Müəyyən səhvlər buraxdıq ki, bunun aradan qaldırılması üzərində işləməliyik”.

0
0