Novruz Əzimov: Məğlubiyyət işimizi çətinə saldı
24.03.2012 - 17:45
Novruz Əzimov: Məğlubiyyət işimizi çətinə saldı
“İlk “altılıq”dakı oyunlar gərgin keçir. Əgər bu gün qalib gəlsəydik, yüksək yerlər uğrunda mübarizə aparmaq şansımız yaranacaqdı”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın məşqçisi Novruz Əzimov deyib.

O bildirib ki, Premyer Liqanın XXV turunda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdə penaltidən istifadə edə bilməmələri də rol oynayıb: “Amma məğlubiyyət işimizi çətinə saldı. Bundan sonrakı oyunlarda sona qədər mübarizə aparacağıq. Oyunun sonlarına yaxın Koke penaltini dəqiq vura bilsəydi, nəticə də başqa cür olacaqdı”.