Kaxaber Sxadadze məğlubiyyətin günahını özündə gördü
24.03.2012 - 17:54
Kaxaber Sxadadze məğlubiyyətin günahını özündə gördü
“Əsas heyəti düzgün müəyyənləşdirməmişdim. Bu səhvi boynuma alıram”. Apasport.az saytının məlumatına görə, bu fikirlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.

Gürcüstanlı mütəxəssis Premyer Liqanın XXV turunda “Qəbələ” ilə oyundan sonra fikirlərini açıqlayıb: “İlk 10 dəqiqədən sonra 3 oyunçunu əvəzləməyə ehtiyac duyulurdu. “Qəbələ” bu gün bizdən daha istəkli idi və oyuna daha yaxşı köklənmişdi. Rəqibin hücumçularının fiziki hazırlığını qeyd edə bilərəm. ”Qəbələ” qələbəyə layiq idi”.

Qeyd edək ki, “Qəbələ” “İnter”ə 2:1 hesabı ilə qalib gəlib.