“Biz hələ yolun başlanğıcındayıq”
24.03.2012 - 17:58
“Biz hələ yolun başlanğıcındayıq”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın XXV turunda “İnter”lə oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis rəqibin gücünə yaxşı bələd olduqlarını deyib.

Onun sözlərinə görə, taktikanı da buna uyğun qurublar: “Altılıq”da uğurlu nəticələr göstərsək də, turnir cədvəlində hələ də beşinci pillədəyik. Biz hələ yolun başlanğıcındayıq. Bu gün əsas məqsədimiz qalib gəlmək idi, buna nail olduq. Qarşımıza qoyulan məqsədə - Avroliqaya getmək üçün hələ bundan sonra daha da çalışmalıyıq”.

Qeyd edək ki, “Qəbələ” “İnter”i 2:1 hesabı ilə məğlub edib.