Yunis Hüseynov: Komandada xəttlərarası mövqedə problemlər var
24.03.2012 - 18:03
“Bura qələbə dalınca gəlmişdik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik və 1 xalla kifayətəndik”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
O, Premyer Liqanın XXV turunda “Neftçi” ilə görüşü şərh edib: “Normal oyun alındı. Deməzdim ki, komanda pis oynadı. Komandaya yaxşı bələd deyiləm. Bu gün bəzi futbolçuları yoxladım. Onların nəyə qadir olduqlarını gördüm. Futbolçularımın fiziki durumu zəifdir və komandada xəttlərarası mövqedə də problemlər var”.
Hüseynov bildirib ki, start heyətində meydana buraxdığı Rikardo Qomeşin oyununu bu gün izləyib: “Bu oyunda onun nəyə qadir olduğunu gördüm və artıq çəkidən əziyyət çəkdiyinin şahidi oldum. Növbəti oyunda Qomeşdən maksimum yararlanmağa çalşacağıq. “Xəzər Lənkəran”a yeni gəlmişəm və çalışacağam ki, özümü doğruldum. İstefa haqda fikirləşmək belə istəmirəm”.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

0
0