Araz Abdullayev oynamır, komandası uduzur
25.03.2012 - 09:24
Araz Abdullayev oynamır, komandası uduzur
Yunanıstan Superliqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” klubu səfərdə “Aris”ə 2:4 hesabı ilə uduzub. 20 yaşlı yarımmüdafiəçimiz matçı ehtiyatdan izləyib.

Qeyd edək ki, “Panionios” 29 xalla turnir cədvəlində 10-cu yerdə gedir.