“Arsenal”ın futbolçusu yuxuda zədələnib
25.03.2012 - 13:39
“Arsenal”ın futbolçusu yuxuda zədələnib
“Arsenal”ın futbolçusu Loran Koselni kuryoz zədə alıb. Apasport.az saytının məlumatına görə, farnaslı müdafiəçisi yuxuda olarkən, xəsarət alıb. O, bu səbəbdən komandasının “Aston Villa”ya 3:0 hesabı ilə qalib gəldiyi oyunu buraxmalı olub.

London klubunun fransalı baş məşqçisi Arsen Venger həmyerlisinin zədəsinə belə aydınlıq gətirib: “Loran səhər dizində ağrı ilə yuxudan durub. Mən bilmirəm, o, hansı pozada yatıb, ancaq normal da gəzə bilmir. Futbolçu mənə yaxınlaşıb, etiraf etdi ki, ağrı ilə oynaya biləcəyinə ənin deyir. Biz heyətimizdə əvəzləmə ilə müəyyənləşdirərək, onu isinməyə göndərdik. İlk qaçışdan sonra başa düşdü ki, məşqi davam etdirə bilmir. Bizə müdafiəçimizin zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək qalır”.