“Simurq”un 106 günü, Georgi Çixradzenin tarixi nəticəsi
25.03.2012 - 14:59
“Simurq” yeni baş məşqçisi Goegi Çixradzenin rəhbərliyi altında ilk qələbəsini qazandı. Apasport.az saytının məlumatına görə, bu, 45 yaşlı gürcü çalışdırıcının 2-ci matçında - “Sumqayıt”a bu gün səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda reallaşdı. Bununla da Zaqatala təmsilçisi bu il ilk qələbəsini qazandı. Arxada qalan 6 matçda buna nail ola bilməyən “Simurq” qələbəsizlik seriyasına 9-cu matçında son qoydu. Zaqatalalılar sonuncu dəfə XVI turda ötən ilin dekabrın 10-da evdə “Turan”ı da 2:1 hesabı ilə yenmişdi. Onu reallaşdıran rusiyalı sabiq baş məşqçi Serhey Yuranı əvəzləyən Çixradze həm ölkəmizdə baş məşqçi kimi ilk qalibiyyətini yaşadı, həm də 106 gündən sonra komandaya qələbə bəxş etdi.
Qeyd edək ki, 2009-cu ilin yayından ölkəmizdə çalışan Çixradze “İnter”in baş məşqçisi olan həmyerlisi Kaxaber Sxadadzenin dəvəti ilə gələrək, debütündə Azərbaycan çempionu oldu.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, 2009-cu ilin yayından ölkəmizdə çalışan Çixradze “İnter”in baş məşqçisi olan həmyerlisi Kaxaber Sxadadzenin dəvəti ilə gələrək, debütündə Azərbaycan çempionu oldu.
Mehman SÜLEYMANOV
0
0