Bernard Raab: Gələn turda “Turan”a qalib gəlməyə çalışacağıq
25.03.2012 - 15:41
Bernard Raab: Gələn turda “Turan”a qalib gəlməyə çalışacağıq
“90 dəqiqə ərzində komandamız mübarizə apardı, əzmkar oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernard Raab deyib. Almaniyalı çalışdırıcının rəhbərlik etdiyi komanda növbəti məğlubiyyətini evdə “Simurq”dan 1:2 hesabı ilə alıb. İndi Raab uğursuzluğa növbəti turda son qoymağa çalışır: Futbolçular oyun boyu səhvlər buraxdı. Gələn turda öz meydanımızda “Turan”la oyunda qalib gəlməyə çalışacağıq”.