Premyer Liqamızda görünməmiş rekord
25.03.2012 - 18:22
Moldovalı futbolçu Anatoli Doroş bu il 20 illik yubileyini qeyd edən Azərbaycan milli çempionatında növbəti görünməmiş rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yığma komandasının da üzvü olan 28 yaşlı hücumçu Premyer Liqamızda 5-ci klubun heyətində meydana çıxan ilk legioner olduqdan sonra qol vuran birinci əcnəbi də olub. Doroş buna “Simurq”un heyətində bu gün “Sumqayıt”la səfər oyununun 52-ci dəqiqəsində fərqlənməklə, imza atıb və bu, matçda qələbə topu olub – 2:1.
Bununla da çempionatımızda 31-ci qolunu vuran Anatoli legioner bombardirlərin siyahısında “İnter”in heyətində Premyer Liqamızın ən sərrast oyunçusu və ölkə çempionu olmuş uruqvaylı hücumçu Valter Quqlemondan 1 top irəli çıxıb. Artıq 10-cu pillədə tək qərarlaşan moldovalı lider olan gürcü veteran hücumçu Badri Kvaratsxeliyadan 40 qol geri qalır.
Qış fasiləsində ölkəmizə qayıdan Anatoli XX turda fevralın 15-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları ev oyununda 90 dəqiqə meydanda olmaqla, Zaqatala təmsilçisində debüt etdi. 2006-cı ildən ölkəmizdə çıxış edən hücumçu “MKT-Araz”, “Standard”, “Karvan” və “Olimpik-Şüvəlan”da oynayıb. Ancaq o, həmin klubların heyətində çox olmayıb. Təsadüfi deyil ki, “MKT-Araz”la “Olimpik-Şüvəlan”ın hərəsində 1 il oynayıbsa, “Standard”la “Karvan”da 6 ay forma geyərək, mövsümü sona kimi başa vurmayıb. 2 illik fasilədən sonra ölkəmizə qayıdan Doroş yenidən əyalət təmsilçisində çıxış edir. Legioner Zaqatalayadək İmişli və Yevlaxda oynamış, “Standard”la “Olimpik-Şüvəlan”ın formasını geyərkən isə paytaxtda top qovmaq imlanı qazanmışdı. Moldovalı 2 illik fasilədən sonra qol vurduğu çempionatımızda yeganə het-trikini bu gün fərqləndiyi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda “Standard”ın heyətində 2007-ci ilin dekabrın 1-də “Gənclərbirliyi”nə 5:1 hesabı ilə qalib gəldikləri oyunda reallaşdırıb.
Bunadək Anatoli kimi milli çempionatımızda 2 legioner – braziliyalı yarımmüdafiəçi Leonardo Roşa (“Standard”, “İnter”, “Bakı”, “Qarabağ”) ilə uruqvaylı hücumçu Anhel Qutyerres (“Standard”, “İnter”, “Muğan”, “Rəvan”) 4 klubda oynayıb. Həmin cənubi amerikalılardan Roşa Doroş kimi hər 4 klubda qol vurmağı bacarıb. Qış fasiləsində “Qarabağ”a qayıtmadığı üçün qovulan Leonardo artıq çempionatımızda oynamadığından, Anatoli “Simurq”da fərqlənməklə, bu göstəricidə də mütləq rekordçu olmaq şansından istifadə edib.
Qeyd edək ki, yazıda milliləşdirilən legionerlərimiz nəzərə alınmayıb.
Mehman SÜLEYMANOV

0
0