Final yolunda Bakı sınağı
26.03.2012 - 10:10
Sabah futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının pley-off mərhələsində ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək matçda komandamız Rusiya yığmasını sınağa çəkəcək.
Bu oyunun çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki ilk görüşdə Joze Alesio Da Silvanın yetirmələri qalib gəlməyə, rəqib isə kifayət qədər yaxşı çıxış etməyə çalışacaq. Buna baxmayaraq, yığmamız səfərə rahat yollanmağı planlaşdırır. Təbii ki, burada 1 top fərqi ilə qələbə də komandamıza kömək etməyə bilər. Çünki final mərhələsinə yüksəlmək üçün futzalçılarımız böyükhesabla qalib gəlməlidirlər ki, ikinci görüşdə uduzsalar belə bunu sığortalaya bilsinlər.
Pley-off mərhələsinin ilk oyunu
27 mart
21:00. AZƏRBAYCAN – RUSİYA
Hakimlər: Borut Şiviç və Dejan Nikoliç (hər ikisi Sloveniya)
“Sərhədçi” Olimpiya Mərkəzi
Qeyd edək ki, bu ilin payızında Tailandda keçiriləcək final mərhələsinə vəsiqə uğrunda cavab oyunu aprelin 9-da Tümendə olacaq.

0
0