Sergey Zuyev: Azərbaycan millisinə hər 2 matçda qalib gələcəyik
26.03.2012 - 14:14
Sergey Zuyev: Azərbaycan millisinə hər 2 matçda qalib gələcəyik
“Komandamız hər 2 matçda qalib gələcək və fərq təxminən 2 top olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının sabiq futzalçısı Sergey Zuyev deyib.

Yığmasının 10 ildən artıq şərəfini qoruyan təcrübəli qapıçısı dünya çempionatının pley-off mərhələsində Azərbaycan – Rusiya dueli ilə bağlı proqnozunu açıqlayıb. Zuyevin sözlərinə görə, həmyerliləri mütləq final mərhələsinə yollanacaqlar: “Tailandda baş tutacaq mundiala Rusiya mütləq gedəcək”.

Qeyd edək ki, sabah Bakıda Rusiya komandasını qəbul edəcək yığmamız cavab görüşünü aprelin 9-da keçirəcək.