“Azərbaycanla pley-off oyunlarının asan olmayacağı dəqiqdir” - MÜSAHİBƏ
26.03.2012 - 15:02
Rusiya milli komandasının futzalçısı Vladislav Şayaxmetov dünya çempionatının pley-off mərhələsinin Azərbaycan yığması ilə ilk görüşündən öncə yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu yığmamızla oyunun çətin keçəcəyini proqnozlaşdırır.
- Vladislav ilk sualımız əlbəttə ki, sağlamlığınız haqqında olacaq. Zədənin fəsadları sizi daha narahat etmirmi?
- Mən zədədən sonra tam bərpa olunmuşam, axill damarım daha məni narahat etmir. Hazırda oynamağa hazıram.
- Yığmaya çağırıldığınızı bildikdən sonra hansı hissləri keçirdiniz?
- Əlbəttə ki, ən xoş hissləri keçirdim. 2 illik fasilədən sonra yenidən Rusiya yığmasına qayıtmaq sadəcə əladır.
- Yığmanın Azərbaycanla matçlara hazırlığı necə keçir?
- Biz yaxşı rejimdə hazırlaşırıq. Hər şey yaxşıdır.
- Rəqib barədə nə deyə bilərsiz? Son Avropa çempionatında Azərbaycan millisi heç də parlaq oyun göstərmədi...
- Onlar ciddi rəqibdir. Xorvatiyada keçirilən Avropa çempionatındakı azərbaycanlıların nəticələri heç nədən xəbər vermir. Bəli, o vaxt onlar 1/4 finala yüksələ bilmədilər, lakin indi dünya çempionatına vəsiqədən söhbət gedir. Fikrimcə, oyunlar çox çətin olacaq. Əminəm ki, Azərbaycan bizlə oyuna həddən artıq köklənəcək. Buna görə də pley-off oyunlarının asan olmayacağı dəqiqdir.
- Yəni heç bir zəif köklənmədən söhbət gedə bilməz?
- Başa düşürsüz, Avropada hər bir rəqibə ispanlara, braziliyalılara və italiyalılara qarşı oyunda olduğu kimi köklənmək lazımdır. Hamı bir-birinə qalib gələ bilər.
- İlk matçı Rusiya yığması səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Bunu üstünlük sayırsızmı?
- Şəxsən mənim üçün birinci oyunu keçirməyimizin harada keçirməyimizin fərqi yoxdur. Hər halda meydançaya çıxıb, yaxşı oyun göstərərək müsbət nəticə qazanmalıyıq. İndi ən əsas məqsədimiz dünya çempionatına çıxmaqdır. Buna harada nail olmağın isə prinsipial əhəmiyyət yoxdur.
- Digər pley-off cütlərində kimə üstünlük verirsiz?
- Prinsipcə, hər bir komandanın şansı var. Lakin mən hesab edirəm ki, Ukrayna, Portuqaliya, Serbiya, İtaliya və İspaniya qalib gələcəklər.

0
0