Oyun vaxtı futbolçunu it dişlədi - FOTO
26.03.2012 - 15:33
Oyun vaxtı futbolçunu it dişlədi - FOTO
Braziliya Liqasının ikinci turunda “Nyu-Hamburqo” ilə “Kaşias” arasındakı oyun zamanı polis iti qonaq komandanın futbolçusunu dişləyib. Lent.az-ın məlumatına görə, hadisə matçın 32-ci dəqiqəsində baş verib.

Hakim “Nyu-Hamburqo”nun qolunu, oyundankənar vəziyyətdən vurulduğunu bildirərək, hesaba almayıb. Nəticədə meydançada münaqişə baş verib. Bu vaxt tribunanın altında olan polis itlərindən biri meydançaya girib və “Kaşias”ın hücumçusunu dişləyib.

İnsident nəticəsində oyun 8 dəqiqə dayanıb. Zərərçəkən futbolçuya tibbi yardım göstərilib. O, tezliklə meydançaya qayıda bilib.

Qeyd edək ki, oyun “Kaşias”ın qələbəsi ilə yekunlaşıb – 1:0.