“İnter”in baş məşqçisi qovuldu
27.03.2012 - 08:37
“İnter”in bas məşqçisi Klaudio Ranyeri qovulub. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin rəhbərliyi təcrübəli italiyalı mütəxəssisi son vaxtlar uğursuz çıxışa görə vəzifəsindən çıxarılıb. Bu qərarı klubun prezidenti Massimo Moratti verib.
Milanlılar yaxında Çempionlar Liqasında çıxışını dayandırdı, ötən bazar A seriyasında “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra 8-ci yerdə gedir. “İnter”i mövsümün sonunadək gənclər komandasının baş məşqçisi Andrea Stramaçioni çalışdıracaq.
Qeyd edək ki, Ranyeri ötən ilin sentyabrından komandaya rəhbərlik edirdi. Bu, cari mövsümdə artıq 2-ci istefadır.

0
0