Messinin həmyerlilərini Azərbaycana buraxmadılar
27.03.2012 - 08:45
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin daha 1 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika çempionatında III yeri tutan Kolumbiya milli komandası mundiala vəsiqə qazanıb. Onlar buna qitə çempionatının final mərhələsinin son turunda Argentinanı 4:0 hesabı ilə məğlub etməklə nail olub. Braziliya və Uruqvay yığmalarının ardından buna nail olan Kolumbiya Lionel Messinin həmyerlilərini Azərbaycana buraxmayıb. Qitə çempionu adını isə son turda 1:0 hesabı ilə Uruqvayı məğlub edən Braziliya qazanıb.
Qeyd edək ki, bunadək mundiala Azərbaycanla yanaşı Asiyadan Çin, Şimali Koreya, Yaponiya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Afrikadan Qana, Nigeriya vəsiqə qazanıb.
Qeyd edək ki, bunadək mundiala Azərbaycanla yanaşı Asiyadan Çin, Şimali Koreya, Yaponiya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Afrikadan Qana, Nigeriya vəsiqə qazanıb.
0
0