“Bakı”da fərqli mühitə düşmüşdüm”
27.03.2012 - 10:11
“Bakı”da uzun müddət oynamamağım səbəbsiz deyildi. Mən qayıtmaq istəyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun sabiq futbolçusu Anqulo Cefferson deyib.
26 yaşlı kolumbiyalı hücumçu vətənində çıxış etdiyi “İtakui” klubunun liderlərindən birinə çevrilib. Cefferson Kolumbiya mətbuatına müsahibəsində karyerasının vətəndən xaricdəki illəri haqda danışaraq, 2010/11 mövsümünün əvvəlində şərəfini qoruduğu “Bakı” haqda da danışıb: “Futbol, mədəniyyət üçün geri qayıtdım. Orada əksəriyyət müsəlman idi, və çoxlu rusiyalı var idi. Mən tam fərqli mühitə düşmüşdüm. Özümü tənha hiss edirdim. Buna görə də indi “İtakui”da tam xoşbəxtəm”.
Qeyd edək ki, Anqulo Azərbaycan Premyer Liqasında 7 oyun keçirib.

0
0