“Bakıdakı oyunun axarı rusiyalılar üçün gözlənilməz ola bilər”
27.03.2012 - 13:08
“Bakıdakı oyunun axarı rusiyalılar üçün gözlənilməz ola bilər”
“Rusiya yığması Azərbaycan millisini keçməlidir. Avropa çempionatından sonra bizim komanda haqda yüksək fikir formalaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Norilsk Nikel” futzal klubunun üzvü Sergey Kumankin deyib.

O, DÇ-2012-nin pley off mərhələsinin Azərbaycan – Rusiya oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Düzdür, Bakıdakı səfər matçında hadisələrin müxtəlif, o cümlədən rusiyalılar üçün gözlənilməz axarı ola bilər. Özü də ilk oyunda cəzalı olan Sirilo komandaya kömək etməyəcək”.

Qeyd edək ki, Azərbaycan və Rusiya yığmaları arasında ilk oyun bu gün Bakıda keçiriləcək.