Avropa çempionu milli komandamıza qalib gəlməyin yolunu göstərdi
27.03.2012 - 14:57
Avropa çempionu milli komandamıza qalib gəlməyin yolunu göstərdi
Avropa çempionu Arkadı Belıy Azərbaycan futzal yığmasına qalib gəlməyin yolunu göstərib. Apasport.az saytının məlumatına görə, təcrübəli futzalçı heyətində 1999-cu ildə qitə çempionatının qalibi olduğu Rusiya millisinin yığmamızla dünya çempionatının pley-off mərhələsində Bakıdakı bugünkü oyunu ilə bağlı məsləhətlərini verib.

Belıyın sözlərinə görə, sürətli oyunları bizə qalib gəlmələrinə imkan yaradacaq: “Bizim əsas üstünlüyümüz ümumi komanda hərəkətlərin sürətliliyi, ümumiyyətlə, oyunun intensivliyidir. Heç kimə sirr deyil ki, indi Azərbaycan yığmasında Braziliyadan çıxanlar dominantlıq edir. Onlar mövqeli, ləng futbol oynamağı xoşlayır, bu komponentdə yaxşıdırlar. Əgər yığmamız cəld oyunu qura bilsə, hər şey normal olacaq”.