“Qarabağ”&“Qəbələ”: 17-ci dueldə kim sevinəcək?
27.03.2012 - 15:19
“Qarabağ” sabah növbəti dəfə “Qəbələ” ilə qarşılaşacaq. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komanda 2 həftə öncə Azərbaycan kubokunun 1/4 final mərhələsinin Qəbələdə qeydə alınmış 2:2 hesabının revanşına çıxacaq.
Tərəflərin qarşılaşma tarixi cəmi 5 il olsa da, daim gərgin və maraqlı oyunlar duelləri zənginləşdirib. İndiyə kimi “Qarabağ” və “Qəbələ” 16 dəfə üz-üzə gəlib. Bunlarda üstünlük Ağdam təmsilçisindədir: onlar 6 dəfə qələbə sevincini yaşayıblar. Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüblər. Maraqlıdır ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada “Qarabağ” qələbə qazanıb və 4 oyunda 2 top üstünlüyü qeydə alınıb (1 dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
Bu klublar arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb. Ağdam təmsilçisi Suraxanıda 3:0 hesabı ilə rəqibini məğlub edib. Topların fərqində də “Qarabağ” üstündür – 21-15.
Cari mövsümdə isə artıq tərəflərin 4 görüşü baş tutub. Avqustun 27-sində baş tutan ilk görüşdə Mendinin vurduğu qolla qalib gələn qəbələlilər həm səfərdə ilk dəfə “Qarabağ”ı məğlub ediblər, həm də ağdamlılar mövsümdə ilk məğlubiyyətini alıblar. Növbəti 3 görüş isə sülhlə yekunlaşıb. Təsnifat mərhələsinin cavab görüşü qolsuzluqla yekunlaşıb. Martın 14-ü və 18-i fərqli meydanlarda və fərqli turnirlərdə tərəflər yenə qələbəyə həsrət qalıblar. Özü də hər 2 oyunda “Qarabağ” hesabda geri olsa da, son dəqiqədə vurduğu qollarla heç-heçəyə nail olublar - 2:2 və 1:1.
Ümumiyyətlə, “Qəbələ” cari mövsüm eyni zamanda Ağdam təmsilçisinin daha bir seriyasına son qoyub. Belə ki, 2011-ci ilin dekabrın 21-də baş tutan oyunda qeydə alınmış qolsuzluqdan sonra “Qarabağ” ardıcıl 5 oyunda qələbə qazanaraq, mövsümün ən yaxşı seriyasına yiyələndi. Amma “Qəbələ” ilə matçdan sonra başlayan uğurlu oyunlar “Qəbələ” ilə növbəti dueldə də başa çatdı.
“Qarabağ” – “Qəbələ”, bütün oyunlar

| 20.08.2006 | Premyer Liqa | Gilan(Qəbələ) - Qarabağ (Ağdam) | 0:2 |
|---|---|---|---|
| 22.02.2007 | Premyer Liqa | Qarabağ (Ağdam) - Gilan (Qəbələ) | 3:2 |
| 06.10.2007 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 1:2 |
| 13.04.2008 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 2:1 |
| 20.09.2008 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 1:2 |
| 15.03.2009 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 0:0 |
| 23.09.2009 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 0:0 |
| 06.12.2009 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 1:1 |
| 21.03.2010 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 3:1 |
| 24.04.2010 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 1:1 |
| 25.09.2010 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 2:1 |
| 13.02.2011 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 3:0 |
| 27.08.2011 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 0:1 |
| 21.12.2011 | Premyer Liqa | Qəbələ - Qarabağ (Ağdam) | 0:0 |
| 14.03.2012 | Kubok | Qəbələ - Qarabağ (Ağdam) | 2:2 |
| 18.03.2012 | Premyer Liqa | Qarabağ (Ağdam) - Qəbələ | 1:1 |
0
0