Mundialın bombardirini Bakıya buraxmadılar
27.03.2012 - 15:24
Mundialın bombardirini Bakıya buraxmadılar
Rusiya futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə keçirəcəyi ilk oyuna son heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Sergey Skoroviç hazırlığa 17 oyunçu ilə başlasa da Bakıya 13 futzalçı ilə gəlib.

Belə ki, yığmanın 4 üzvü Moskvada saxlanılıb. Bunlar “Sinara”dan Dmitri Prudnikov, Moskva “Dinamo”sundan Anatoli Badretdinov və Pula, “Qazprom-Yuqra”dan Danil Davıdovdur.

Onlardan ikisi – Pula və Prudnikov zədə üzündən heyətdən kənar qalıb. Pulanın 16 qolla 2008-ci ildə dünya çempionatının ən yaxşı bombardiri olduğunu nəzərə alsaq milliləşdirilən braziliyalı hücumçu komandası üçün ciddi itkidir. Həmyerlisi Sirilonun da cəza üzündən Bakıda oynaya bilməməsi isə qonaqlar üçün problemin böyüklüyündən xəbər verir.

Qapıçılar – Qustavo (“Sibiryak”), Leonid Klimovski (MOİK)
Sahə oyunçuları – Sergey Abramov, (“Sinara”), Aleksandr Fukin, Vladislav Şayaxmetov (hər ikisi “Dinamo, Moskva), Nikolay Pereverzev, İldar Nuqumanov, İvan Milovanov (hamısı “Tümen”), Sergey Serqeyev, Konstantin Mayevski (hər ikisi MOİK), Roman Anosov (“Norilski nikel”), Vladimir Çurlyayev, Nikolay Plaxov (hər ikisi “Sibiryak”)