Postovet məkanında ilk dəfə Azərbaycanda!
27.03.2012 - 23:00
Azərbaycan postsovet məkanında ilkə imza atır. Apasport.az saytının məlumatına görə, ölkəmiz buna 17 yaşadək futbolçular arasında Avropa çempionatını təşkil etməklə nail olacaq.
2016-cı ildə baş tutacaq yarışa ev sahibliyi edəcək Azərbaycan keçmiş SSRİ məkanında buna nail olacaq ilk ölkə kimi tarixə düşəcək.
Belə ki, 1982-ci ildən keçirilən qitə çempionatlarını nə 1991-ci ilədək mövcud olan SSRİ, nə də onun parçalanmasından sonra UEFA-ya üzv olan 11 ölkə (Qazaxıstan sonradan digər 10 ölkəyə qoşulub) bu yaş qrupunda qitə birinciliyini keçirib.
1982-2001-ci illərdə U-16, sonrakı illərdə U-17-lər arasında keçirilən qitə çempionatlarından 29-u artıq baş tutub. Qarşıdakı 5 çempionatın da final mərhələsinin ev sahibi indidən məlumdur. Bu 34 yarışa 26 ölkə təşkilatçılıq edib.
Hamıdan çox – 4 dəfə buna nail olan almaniyalılar 2 dəfə Almaniya (1997, 2009), 1 dəfə AFR (1984) və 1 dəfə ADR (1990) kimi final mərhələsini qəbul edib. İtaliya (1982, 2005), Fransa (1987, 2004), Belçika (1995, 2008), Danimarka (1989, 2002), Türkiyə (1993, 2008) isə 2 dəfə bunu bacarıb.
UEFA digər ölkələrə bu hüququ 1 dəfə verib: Macarıstan (1985), Yunanıstan (1986), İspaniya (1988), İsveçrə (1991), Kipr (1992), İrlandiya (1994), Avstriya (1996), Şotlandiya (1998), Çexiya (1999), İsrail (2000), İngiltərə (2001), Portuqaliya (2003), Lüksemburq (2006), Lixtenşteyn (2010), Serbiya (2011), Sloveniya (2012), Slovakiya (2013), Malta (2014), Bolqarıstan (2015), Azərbaycan (2016).

0
0