Rednikin 50 illiyinə həsr olunan turnir başlayır
27.03.2012 - 18:00
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikə həsr olunan futzal turniri təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, turnirin təşkilatçısı Vaqif Rəşidov bu yarış haqda rumıniyalı mütəxəssisin özünə də xəbər verib. Rednik bu xəbəri təəccüb qarışıq sevinclə qarşılayıb.
Turnirin final oyununu izləmək və qalibə kuboku təqdim etmək üçün səbəbkar kimi Lənkərana dəvət olunan Rednik bu məsələyə münasibət bildirib: “Lənkəranlılarla yaşadığım uğurlar heç zaman yadımdan çıxmır. Bu mənim həyatımın ən gözəl anlarından idi. Qismət olarsa, istərdim Lənkərana bir günlük də olsa gəlib, qalib komandaya kuboku özüm təqdim edim və bu anda kubokdan əlavə şəxsən öz hesabıma qalib komandaya 5000 dollar da mükafat verməyi də düşündüm”.
“12-ci oyunçu” saytının hesablamalarına görə, 50 yaşlı Rednik bu günə qədər 49 dəfə Lənkərana gəlib-gedib. Ötən ilin dekabrında postundan ayrılan rumıniyalı 50 illiyində 50-ci dəfə Lənkərana gələcək.

0
0