Kamran Ağayev üçün yubiley
27.03.2012 - 20:56
Kamran Ağayev üçün yubiley
Azərbaycan kubokunun “İnter”lə 1/4 final mərhələsinin cavab oyunu “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev üçün əlamətdar olacaq. Apasport.az saytının xəbərinə görə, qolkiper “ağ-yaşıl” formada yubiley – 150-ci matçına çıxacaq.

İndiyədək 149 dəfə “Xəzər Lənkəran” forması geyən Kamran 2-ci yüzlüyü yarılayan 4-cü futbolçu kimi tarixə düşəcək. Ona qədər Rahid Əmirquliyev (182), Alim Qurbanov (176) və Rəşad Abdullayev (155) bunu bacarmışdı.

Kamran 149 matçdan 125-si Azərbaycan çempionatı, 25-ni kuboku, 3-nü “Birlik kuboku”, 6-nı avrokuboklarda keçirib. Hesabında 149 oyun olan Ağayev 83 dəfə kapitan funksiyasını yerinə yetirib. 2 dəfə penalti seriyalarının da iştirakçısı olan qapıçı bu seriyalarda 9 rəqib zərbəsindən 6-nı buraxıb.

Ağayev “Xəzər Lənkəran”da 1 çempionluq (2006/07), 3 kubok (2006/07, 2007/08, 2010/11) və 1 Birlik kuboku (2008) qalibi olub.
Lankaranfc.com