Joze Alessio da Silva: Gəlin, unutmayaq ki...
27.03.2012 - 22:05
Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alessio da Silva dünya çempionatının pley-off mərhələsinin Rusiya ilə oyunu barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı çalışdırıcıməğlubiyyətə baxmayaraq (2:3), komandamızın yaxşı oynadığını bildirib: “Biz yaxşı oynadıq. Uşaqlar qələbə qazanmaq arzusunda idilər. Gəlin unutmayaq ki, Avropa çempionatının gümüş medalçısına qarşı oynadıq. Təəssüf ki, 3 qol buraxdıq. Cavab oyununda əsas qapıçımız Andrey Tveryankin də bizimlə olacaq və orda qələbə üçün oynayacağıq”.
Xatırladaq ki, Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu aprelin 9-da Tümendə keçiriləcək.
Xatırladaq ki, Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu aprelin 9-da Tümendə keçiriləcək.
0
0