“Bəzi hücumların yekununda qeyri-dəqiq oynadıq”
27.03.2012 - 23:05
Futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç dünya çempionatının pley-off mərhələsində millimiz üzərində qazanılan (3:2) qələbədən sonra fikirlərini açıqlayb. Apasport.az saytının xəbərinə görə, rusiyalı çalışdırıcı bildirib ki, komandası maksimum nəticəyə köklənib: “Rəqib say etibarilə üstün olduğu dəqiqələrdə fərqləndi. Bəzi hücumların yekununda qeyri-dəqiq oynadıq. Maksimum nəticəyə köklənmişdik. Heyətdən göründüyü kimi, bir neçə əsas oyunçumuz yox idi. Qarşıda bir oyun da var. Səhvlərdən nəticə çıxardacağıq”.
Xatırladaq ki, Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu aprelin 9-da Tümendə keçiriləcək.
Xatırladaq ki, Rusiya və Azərbaycan yığmaları arasında cavab oyunu aprelin 9-da Tümendə keçiriləcək.
0
0