“Azərbaycan yığmasının bir az bəxti gətirmədi” - MÜSAHİBƏ
28.03.2012 - 08:59
Futzal üzrə Rusiya milli komandasının üzvü Vladislav Şayaxmetov DÇ-2012-nin pley-off mərhələsinin Azərbaycanla oyunundan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, komandasının 3:2 hesablı qələbə qazandığı matç haqda fikirlərini açıqlayıb.
- Azərbaycanla oyun haqda nə deyə bilərsiniz?
- Məncə, səfərimiz alındı. Moskvaya müsbət nəticə ilə qayıdırıq. Lakin çox yaxşı bilirik ki, dünya çempionatına vəsiqənin sahibi Tümendəki cavab oyununda müəyyənləşəcək.
- Azərbaycanla oyunun sonlarında 2 qol buraxmağınız nə ilə bağlıdır?
- Ola bilər ki, matçın sonlarında hesabda əldə etdiyimiz böyük üstünlükdən bir az arxayınlaşmışdıq. Bəlkə də sonda 2 qol buraxmağımız da bununla bağlıdır.
- Bunu fiziki cəhətdən problemin olması ilə izah etmək olar?
- Əminliklə deyə bilərəm ki, fiziki hazırlığımız tam qaydasındadır və matçın sonluğunun belə alınması bununla bağlı deyil.
- Rəqibin oyunu sizi təəccübləndirdi?
- Deməzdim ki, Azərbaycan yığmasının aqressiv oyunu, sürətli hərəkət etməsi bizi təəccübləndirdi. İlk dəqiqələrdən onlar əks hücum şanslarını gözləyirdilər. İkinci hissədə isə hesabda geri olduqlarından tempi artırdılar. Düşünürəm ki, bizim oyun onları həmişəkindən daha sürətli oynamağa vadar etdi.
- Rəqib komanda xoşunuza gəldi?
- Azərbaycan yığması xoşuma gəldi. Güclü, təslim olmaq istəməyən komandadır. Pley-offda onlarla qarşılaşacağımız məlum olanda bir neçə oyunlarının yazısını izlədim. Onların Avropa çempionatındakı oyunlarını da izləmişəm. Mənə elə gəlir ki, orada onların bir az bəxtləri gətirmədi.

0
0