“Xəzər Lənkəran” titulunu itirdi - YENİLƏNİB
28.03.2012 - 18:55
“Xəzər Lənkəran” titulunu itirdi - YENİLƏNİB
Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab matçları kuboka iddiaçı qalan son 4 komandanın adına aydınlıq gətirib.

Yarımfinala yüksələn ilk komanda “Qarabağ” olub. Ağdam təmsilçisi “Qəbələ” ilə qolsuz heç-heçə etsə də, ilk oyunda səfərdə vurulan qollar Qurban Qurbanovun yetirmələrini növbəti mərhələyə daşıyıb. Ağdam təmsilçisinin yarımfinaldakı rəqibi “Bakı” olacaq.

Paytaxtın eyniadlı təmsilçisi öz meydanında (3:1) olduğu kimi, səfərdə də AZAL-a qalib gəlib – 2:1.

İlk oyundakı səfər qələbəsindən sonra yarımfinala xeyli yaxın olan “Neftçi” isə daha çox bəxtə minnətdar olmalıdır. Bakılılar hesabda geri düşdükləri matçda bərabərliyə nail olsalar da, “Kəpəz” qarşılaşmanı əlavə vaxta daşımağa yaxın olub.

Sabir Allahquliyevin yaxın məsafədən boş qapıya düşə bilməməsi isə “Neftçi”nin işinə yarayıb. Bakılıların yarımfinaldakı rəqibi ötən mövsümün finalçılarının duelində müəyyənləşib.

Turnirin son qalibi “Xəzər Lənkəran”dan finaldakı məğlubiyyətin əvəzini çıxan “İnter” yoluna davam edib. Cənublular isə titulu ilə vidalaşıblar. Maraqlıdır ki, finaldakı kimi yenə oyun 1:1 hesabı ilə başa çatıb. 10 ay əvvəl “Xəzər Lənkəran” penaltilər seriyasında sevinmişdisə, “İnter” ilk oyundakı qələbə sayəsində yarımfinala yüksəlib.

28 mart

“Xəzər Lənkəran” – “İnter” - 1:1
QOLLAR: Rendal Brenes, 76 - Baçana Sxadadze, 29
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk oyun – 2:3
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Katalin Doman, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 12. Salif Ballo, 22. Antonio Semedo, 33. Stevan Bates
Baş məşqçi: Yunis Hüseynov
“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 20. Girts Karlsons, 29. Əziz Quliyev, 30. Danildo Assioli
Baş məşqçi: Kaxaber Sxadadze

Qarşılaşmanın start fiti verilir.
Abramidze sadə epizodda topu itirir, Rendal irəlilələsə də, o da topu itirir
Pitin zərbəsini Lomaya tutur.

"İnter" cərimə zərbəsi yerinə yetirir. Hacıyevin zərbəsi qapının yanından keçdi.
Qonaqlar cərimə meydançasının sağ cinahından cərimə zərbəsi qazanır. Nizaminin asmasından sonra Niassenin zərbəsi qeyri-dəqiq alındı.
Pitin sol cinahdan asması uğursuz oldu.

"Xəzər Lənkaran" cərimə zərbəsi qazanır. Pitin zərbəsini Lomaya yumuruqları ilə uzaqlaşdırır.
Rikardonun uzaqdan zərbəsi qapının üstündən keçir.
Pitin cərimə zərbəsi - top meydandan çıxır.

Daşdəmirovun uzaqdan zərbəsini Kamran tutur.
Qonaqlar hesabı açır. Sxadzenin zərbəsi tora qovuşur - 0:1.
Meydan sahibləri buraxılan qolun əvəzini çıxmaq üçün hücuma atılır.

“Xəzər Lənkəran” artıq ilk hissədə 2 əvəzetməyə əl atıb. Sadio Tounkara Katalon Domanla, zədələnən Rikardo Qomeş Elnur Abdullayevlə əvəzlənir.

Domanın cərimə zərbəsi təhlükəli alındı.
İlk yarıya 2 dəqiqə əlavə olunur.
Komandalar fasiləyə çıxır.

Növbəti 45 dəqiqə başlayır.

“Xəzər Lənkəran” hücumlarını sağa-sola xərcləməklə məşğuldur.
Katalin Doman sarı vərəqə alır.
Brenes qapıçı ilə təkbətək çıxır. Amma hakim ofsayd qərarı verir.
Roberto Alviz də sarə vərəqə ilə cəzalandırılır.
Meydan sahibləri bütün komanda ilə hücuma atılıblar. Lakin qol epizodu
yarada bilmirlər.
Cənub təmsilçisi künc zərbəsi vurur. Pitin asmasını müdafiəçilər cərimə meydançasından uzaqlaşdırırlar.

Baş hakim Levinə sarı vərəqə göstərir.
Subaşiç meydana çıxmağa hazırlaşır.
Yunis Hüseynov Branimiri mərkəz müdafiəçisi Mureşanın yerinə meydana buraxır.
81-ci dəqiqədə hesab bərabərləşdi. Rendal Brenes tarazlığı bərpa edir - 0:1.
Subaşiç 2-3 metrdən qapıya zərbə vursa da, Lomaya hesabın dəyişməsinə imkan vermir.
Qonaqlar künc cərbəsi vurur.
Domanın zərbəsi dirəkdən qayıdır.
Abdullayev 40 metrdən qapıya zərbə vurur. Lakin Lomaya son anda barmaqlarının ucu ilə topun qapıdan keçməsinə imkan vermir.

Matçın əsas vaxtına 4 dəqiqə artırılıb.

Oyun başa çatdı. Bununla,meydan sahibləri ötən il qazandığı tutulu itirirlər.



AZAL – “Bakı” - 1:2
Qollar: Orxan Səfiyaroğlu, 48 - Xavier Junior, 5, 85
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov
Bakı. “AZAL Arena” stadionu
İlk oyun – 1:3
“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis (10. Lukas Mario Horvat, dəq.75), 8. Junior Xavier Vilson, 11. Elvin M’mm’dov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Kontreras Pardo Sergio (19. Nurlan Novruzov, dəq.86)
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 2. Duje Bakoviç, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 99. Rəhman Hacıyev
Məşqçi: Novruz Əzimov
AZAL: 12. Cahangir Həsənzadə (1. Amil Ağacanov, dəq.40), 2. Petrov Robert, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi (14. Orxan Səfiyaroğlu, dəq.88), 13. Şəhriyar Rəhimov, 15. Boghiu Georgi, 9. Elşən Məmmədov (19. Hüseyn Axundov, dəq.68), 16. Arsenijeviç Bronislav, 17. İqbekoyi Viktor
Ehtiyat oyunçular: 6. Daunoraviçius Mindaugas, 7. Tərlan Xəlilov, 18. Elmin Çobanov, 25. Tural Nərimanov
Baş məşqçi: Rafiq Mirzəyev


“Neftçi” – “Kəpəz” - 1:1
Qollar:Bahodir Nasimov,50 - Yuri Fomenko, 33
Qırmızı vərəqə: Mirhüseyn Seyidov, 75 - Əli İsmayılov, 75
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk oyun – 2:1
“Neftçi”: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Kənan Manafov, 22. Fərid Quliyev, 24. Malik Babayev, 26. Kərim Diniyev, 29. İlham Allahverdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
“Kəpəz”: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 23. Junivan Suares, 2. Nail Məmmədov, 19. Zaur Əsədov, 9. Ceyhun Əhmədov, 14. Dmitri Parxaçov, 6. Vasif Əliyev
Baş məşqçi: Fuad İsmayılov


“Qarabağ” – “Qəbələ” - 0:0
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 2:2
“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov,11. Rauf Əliyev,14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
Ehtiyat oyunçular:1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov,17. Vüqar Nadirov,18. İlqar Qurbanov, 20. Nderim Nedzipi
“Qəbələ”:12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin
8. Bruno da Silva, 9. Viktor Mendi,10. Deon Barton, 11. Yannik Kamanan,
18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov
77. Dodo
Ehtiyat oyunçular: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 17. Arif İsayev, 21. Elmar Baxşıyev, 22. Murad Hüseynov, 24. Tərzin Cahangirov, 33. Saşa Yunisoğlu