Yığmamızdan hər 80 saniyəyə 1 zərbə
28.03.2012 - 09:26
Yığmamızdan hər 80 saniyəyə 1 zərbə
Futzal üzrə DÇ-2012-nin pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən Azərbaycan – Ruysiya matçının statistik göstəriciləri məlum olub. Apasport.az saytının xəbərinə görə, qarşılaşmada 2:3 hesabı ilə uduzan yığmamız heç də rəqibindən geri qalmayıb. Belə ki, 40 dəqiqəyə qapı istiqamətində 30 zərbə endirən Joze Alesionun yetirmələri hər 80 saniyədən bir buna nail olub.

Azərbaycan Rusiya
2Qollar3
9Çərçivəyə zərbələr8
21Qeyri-dəqiq zərbələr19
30Ümumi zərbələr27
5Künc zərbələri14
6Qayda pozuntuları4
1Sarı vərəqə0
0Qırmızı vərəqə0