“Qolu biz vursaydıq, hər şey başqa cür ola bilərdi” - MÜSAHİBƏ
28.03.2012 - 09:42
“Qolu biz vursaydıq, hər şey başqa cür ola bilərdi” - MÜSAHİBƏ
Rusiya futzal yığmasının təcrübəli oyunçusu Konstantin Mayevskinin apasport.az saytına müsahibəsi

- Bakıda 3:2 hesabı ilə qalib gəldiyiniz oyundan hansı təəssüratla ayrılırsınız?
- Çətin oyun olacağını gözləyirdik. Ancaq açığı, məyus təəssüratdayıq. Fikirləşmirəm ki, oyuna görə Azərbaycan yığmasının hansısa real qol imkanları vardı. Ancaq rəqib sonda vurduğu 2 qolla intriqanı saxladı. Bu, elə hesabdır ki, mübarizə hələ qabaqdadır. Hərçənd, 3:0 hesablı üstünlüyümüzü sona kimi saxlaya bilsəydik, hər şey elə bu gün bitə bilərdi. Ona görə də təəssüratlarımızda üzgünlük, işimizi tam yerinə yetirməməyimiz var.

- Sonda buraxdığınız 2 qolu nə ilə izah edərdiniz? Bu, diqqətsizliyin nəticəsi idi, yoxsa artıq 3:0 hesablı qələbə qazandığınızı düşünürdünüz?
- Belə deməzdim, arxayınlaşmamışdıq. Hesabda 3:0 irəlidə olduğumuz zaman yaxşı qol imkanlarımız oldu. Bu zaman yığmanıza 4-cü, 5-ci qolu da vura bilərdik. Sadəcə, bunları reallaşdıra bilmədik. Azərbaycan yığması isə öz imkanlarından istifadə edə bildi. Bunu qətiyyən rəqibi qiymətləndirməməklə əlaqələndirmək olmazdı. Sadəcə, biz elə də çətin olmayan vəziyyətlərdən topu qapıdan keçirə bilmədik. Rəqib isə bizi sonda cəzalandırdı. Qolu biz vursaydıq, hər şey başqa cür ola bilərdi.

- Bu hesab bizə səfər oyununda final mərhələsinə keçmək şansı verirmi?
- Elə fikirləşirəm ki, istənilən hesab şansı saxlayır. Çünki hələ qarşıda cavab matçı var və qalib gəlib, final mərhələsinə çıxa bilərsiniz.

- Razılaşın ki, 3:0 hesablı qələbəni qorusaydınız, şansımız çox az idi...
- Bəli. Əvvəl dediyim ki, biz final mərhələsinə keçməklə bağlı bütün məsələni Bakıda həll edə bilərdik. Ancaq belə olmadı və aprelin 9-da Tümendə bizi daha 2 hissəli mübarizə gözləyir. Yəni, hələ hər şey qabaqdadır.

- Yığmamızdan hansı futzalçının oyununu qeyd edə bilərdiniz?
- Kimisə fərqləndirməzdim. Fikrimcə, Rusiya yığması bütün oyun boyu dominantlıq edirdi. Məndən matçdan belə təəssürat qalıb.

Mehman SÜLEYMANOV