“Həmin an qol vurduğumu da bilmədim”
28.03.2012 - 10:01
Rusiyanın futzal yığmasının kapitanı Sergey Sergeyevin apasport.az saytına müsahibəsi
- Dünya çempionatının pley-off mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıdakı oyundan və nəticədən nə dərəcədə razı qaldınız?
- Biz yığmanızla səfər oyununun asan olmayacağını düşünürdük. Çünki Azərbaycan milli komandası yaxşı futbol göstərir. Heyətində yetərincə çox səviyyəli oyunçular, legionerlər var. Buna görə də çətin, gərgin mübarizəyə köklənmişdik. Yaxşı ki, qalib gəldik. Fikrimcə, Tümendəki oyun da çətin olacaq. Futbol onunla da maraqlıdır. Çalışacağıq ki, evdə yaxşı oyun göstərərək, qalib gələk.
- Yığmanızın qələbəsində böyük rolunuz oldu. Hər halda, son 2 qolun, qələbə toplarının müəllifləri oldunuz. Özü də 2-ci qolunuz bir qədər kuryoz alındı...
- Elədir. Həmin epizodda qapıçınızla toqquşaraq, zədələndim. Hətta həmin qol vurduğumu da bilmədim. Komanda yoldaşlarım mənə yaxınlaşaraq, fərqləndiyimi dedilər. Mən isə buna nail olduğumu düşünmürdüm. Çünki həmin vəziyyətdə xəsarət aldığımdan, çox ağrıyırdım.
- Çoxları bundan sonra nəticənin müəyyənləşdiyini düşündü. Hər halda, səfərdə 3:0 hesablı qələbə sizin üçün çox yaxşı nəticə olardı. Ancaq gözlənilmədən sonda 3 dəqiqəyə 2 qol buraxdınız. Bunun səbəbini nədə görürsünüz?
- Yəqin ki, sona kimi oynamadıq. Həmin vaxt Azərbaycan yığması qapıçısını sahə oyunçusu ilə dəyişərək, say üstünlüyündə oynayırdı və bundan istifadə edə bildi. Biz buna hazırlaşmışdıq, rəqibin necə oynayacağını təhlil etmişdik. Ancaq təəssüf ki, Azərbaycan yığması bizim səhvlərimizdən yaxşı istifadə etdi. Ona görə də belə nəticə alındı.
- Yığmamızdan kimin oyunu daha çox yadınızda qaldı?
- Yəqin ki, ilk növbədə Felipeni qeyd edə bilərəm. O, oyunu aparır. Fikrimcə, Kaka da yaxşı təsir bağışladı.
- Siz onu Rusiya çempionatından yaxşı tanımalısınız...
- Doğrudur. Onu Rusiya Superliqasında oynadığı dövrdən gözəl tanıyıram. Mən onunla 1,5 mövsüm bir komandada keçirdim. Kaka yaxşı insandır, yaxşı insandır, təbiətinə görə liderdir.
- Bəs sırf azərbaycanlı oyunçulardan kimi qeyd edə bilərsiniz?
- Bu gün qapıçınızı qeyd etmək olar.
- Yeri gəlmişkən, Elnur Zamanov həmyerliniz, cəza üzündən Bakıdakı oyunu buraxan Andrey Tveryankini əvəzləyirdi...
- Bəli. O, özünü yetərincə pis tərəfdən göstərmədi. Çıxışlarda çox oynadı, bu zaman yaxşı təsir bağışladı. Yəqin ki, bir də Vitali Borisovu qeyd edə bilərəm.
- Bu nəticədən sonra şansları daha çox xeyrinizə qiymətləndirirsiniz?
- Bu, futboldur və qabaqcadan ehtimal etməyəcəyik. Biz meydana çıxıb, oyunumuzu göstərib, yenə qalib gəlməyə çalışacağıq.
-Özü də Tümendə çoxlu azərbaycanlıların yaşadığınızı nəzərə alsaq, yığmamız orada azarkeş dəstəyindən məhrum qalmayacaq...
- Əlbəttə, bilirik ki, zalda ajiotaj olacaq. “Tümen”də çıxış edən oyunçularımız deyir ki, artıq indidən biletləri tapmaq olmaz. Ona görə də dolu tribunaların dəstəyi altında istəyimizə çatacağımıza ümid edirəm.
Mehman SÜLEYMANOV

0
0