Milanda səssiz tamaşa, “Bavariya” yarımfinala yaxınlaşdı
29.03.2012 - 00:36
Milanda səssiz tamaşa, “Bavariya” yarımfinala yaxınlaşdı
Bu gün Çempionlar Liqasında (ÇL) ¼ final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Milanda gözlənilən futbol tamaşasından qol səsi çıxmayıb. “Milan”la “Barselona” 90 dəqiqə qarşılıqlı hücum etmələrinə baxmayaraq, qol vura bilməyiblər. İndi Barselonadakı cavab matçında italyanlar məhsuldar heç-heçə sayəsində yarımfinala çıxa bilər. Çünki “Milan”ın öz qapısından top buraxmamağı ona üstünlük verir.

“Bavariya” isə “Marsel”lə səfər oyununda mərhələ keçmək vəzifəsini demək olar yerinə yetirib. Bununla da almanlar öz meydanlarında keçiriləcək finala doğru növbəti addım atıb. İndi “Bavariya” “Real” və “Çelsi” kimi səfər qələbəsi sayəsində daha şanslıdır. Yalnız “Barselona” – “Milan” cütündə hələ ki qəti söz demək olmur.

Qeyd edək ki, cavab oyunları aprelin 3-4-də keçiriləcək.

27 mart

APOEL (Kipr) – “Real” (İspaniya) - 0:3
Kərim Benzema, 74; 90; Kaka, 82

“Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 0:1
Salomon Kalu, 75

28 mart

“Milan” (İtaliya) – “Barselona” (İspaniya) - 0:0

“Marsel” (Fransa) – “Bavariya” (Almaniya) - 0:2
Mario Qomes, 44; Aryen Robben, 70