“Joze Alesionun komandasını kənara atmaq olmaz”
28.03.2012 - 13:00
“Joze Alesionun komandasını kənara atmaq olmaz”
Rusiya millisinin Azərbaycan yığması ilə dünya çempionatının pley-off mərhələsində Bakıdakı oyunu şimal qonşularımızı düşünməyə vadar edib. Apasport.az saytının məlumatına görə, ruslar ardıcıl 2-ci matçdır sonda qol buraxaraq, özlərini çətin vəziyyətə qoyurlar.

Bu, əvvəlcə fevralda İspaniya yığması ilə Avropa çempionatının final oyununda baş verdi. Nəticədə üstünlüyünü əldən verən ruslar əlavə vaxtda 2 qol buraxaraq 1:3 hesabı ilə uduzdu.

İndi isə Rusiya yığması millimizlə oyunda 36 və 40-cı dəqiqələrdə buraxdığı qollarla 3:0 hesablı üstünlüyünü əldən verdi. Düzdür, bu dəfə rəqib qalib gəlsə də, Rusiya mətbuatında oyunla bağlı yazıda narahatlıq ifadə olunur. Hətta son saniyələr lənətlənmiş göstərilib: “Yığmamız Bakıdakı qələbədən sonra Tümendəki cavab matçına yaxşı əhval-ruhiyyədə çıxacaq. Səfərdə minimal hesablı qələbə noyabrda Tailandda keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə üçün çox yaxşı şans verir.

Sergey Skoroviçin yetirmələrinin aprelin 9-da qalib gələ bilməyəcəyi az inandırıcı görünür. Hərçənd, Joze Alesionun komandasını kənara atmaq olmaz. Xoşagəlməz hal ondadır ki, Rusiya yığması yenə son saniyələrdə qol buraxdı. Əlbəttə, Azərbaycanla oyunda İlkin Hacıyevin qolu faciə olmadı, ancaq dünya çempionatında daha ciddi rəqiblər olacaq. Komandamız bir dəfə bu il İspaniya ilə matçda sona 30 saniyə qalmış qapısından top buraxdı. Bunun “köməkliyi” ilə Rusiya yığması yalnız Avropanın vitse-çempionu sayılır”.