“Elçe”nin futbolçusu yığmamıza dəvət olundu
28.03.2012 - 13:47
Azərbaycan milli komandasının (U-21) heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Bernard Lippert aprelin 4-də Finlandiya ilə yoldaşlıq oyunu üçün açıqladığı heyətə daha bir futbolçunu dəvət edib. Bu, İspaniyanın “Elçe” klubunun şərəfini qoruyan Rizvan Umarovdur.
Qeyd edək ki, matç Helsinkidə olacaq.
Qeyd edək ki, matç Helsinkidə olacaq.
0
0