Paltardəyişmə otağında 5 qırmızı vərəqə
28.03.2012 - 15:48
İngiltərənin səviyyəcə dördüncü çempionatının “Bredford” – “Krouli” matçından sonra hakim 5 futbolçuya paltardəyişmə otağında qırmızı vərəqə göstərib. Lent.az-ın məlumatına görə, sərt cəza meydan sahiblərinin 3, qonaqların 2 oyunçusuna tətbiq edilib.
Onlar matçdan sonra dalaşıblar. Hakim isə paltardəyişmə otağında olduqları vaxt futbolçuları “haqlayıb”. Oyunçulardan biri Endryu Devis mövsüm ərzində 3-cü dəfə qırmızı vərəqə alıb. Bu səbəbdən, Devis avtomatik olaraq, qarşıdakı 5 matçda “Bredford”a kömək edə bilməyəcək. Komandanın baş məşqçisi Fil Parkinson referinin paltardəyişmə otağında oyunçuları bir yerə topladıqdan sonra onlara qırmızı vərəqə göstərməsi halı ilə ilk dəfə rastlaşdığını bildirib.
Qeyd edək ki, baş hakim oyun zamanı meydan sahiblərinin 1, qonaqların 6 oyunçusuna sarı vərəqə göstərib.

0
0